...

BMT Ağdamın bərpası üçün ehtiyacların qiymətləndirməsinə başlayacaq

Siyasət Materials 5 Oktyabr 2022 15:58 (UTC +04:00)
BMT Ağdamın bərpası üçün ehtiyacların qiymətləndirməsinə başlayacaq
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Ağdam. Trend:

BMT Ağdam şəhərinin bərpası üçün ehtiyacların qiymətləndirməsinə başlayacaq.

Trend-in məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

"Aİ və Dünya Bankı ilə birgə tədqiqat missiyası mart ayında, o cümlədən, Ağdam şəhərində keçirilib. Fikrimizcə, artıq bir neçə həftədən sonra bu ərazilərin bərpası üçün ehtiyacların qiymətləndirilməsi başlayacaq", - deyə o bildirib.

V.Andreyevanın sözlərinə görə, BMT minaların təmizlənməsi, eləcə də "yaşıl" iqtisadiyyata keçid kimi məsələlərdə Azərbaycana dəstək göstərir.

"Post-münaqişə dövrü Azərbaycana dayanıqlı inkişaf məqsədlərinə nail olmasını sürətləndirmək və əhalinin həyat keyfiyyətini daha da yaxşılaşdırmaq üçün imkan yaradır. Biz hökumətlə birlikdə rəqabətqabiliyyətli iqtisadiyyat, inklüziv artım, insan kapitalının inkişafı və təmiz ətraf mühit kimi istiqamətlər üzrə strategiyamızı hazırlayırıq", - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti