...

Xocavənddə aşkarlanan kütləvi məzarlıq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətllərin daha bir sübutudur - RƏY

Siyasət Materials 6 Oktyabr 2022 20:16 (UTC +04:00)
Xocavənddə aşkarlanan kütləvi məzarlıq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətllərin daha bir sübutudur - RƏY
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənilər və onların havadarları iki əsirə yaxın dövr ərzində Azərbaycan xalqına qarşı soyqırım və düşmənçilik siyasəti aparıblar. Bu məkirli siyasət nəticəsində xalqımıza məxsus olan ərazilər işğal olunub, ərazilərimizdə olan toponimlərin adları dəyişdirilib, ərazilərdə infrastruktur, yaşayış məntəqələri məhv edilib, orada yaşayan dinc əhaliyə qarşı amansız soyqırımılar və qətllər törədilib, işgəncələr verilib.

Bunu Trend-ə Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova deyib.

Deputat bildirib ki, həmçinin, bu ərazilərdə xalqımıza məxsus milli-mədəni irs məhv edilib, təbiətə qarşı da terror törədilib.

“1988-1994-cü illərdə bu siyasət xüsusi qəddarlıqla özünü büruzə verib, 20 faiz torpaqlarımız işğala məruz qalıb, orada yaşayan dinc əhali öldürülüb. Bağanıs Ayrım, Ağdaban kimi qətliamlar erməni faşizminin əsl simasını göstərən faktlardır.
Xocalı soyqırımı isə xüsusi qəddarlığı ilə seçilən bir hərbi cinayətdir. Çox təəssüflər olsun ki, bu siyasət indiyə qədər davam olunur. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar tərəfindən bu hərbi cinayətlərə qarşı hər hansı bir cəza tədbiri görülməyib, bu qətliamlara hüquqi qiymət verilməyib”, - deyə deputat bildirib.

O deyib ki, Vətən müharibəsindən sonra əksəriyyəti mülki şəxs olmaqla 250-yə qədər vətəndaşımızın mina qurbanı olması da erməni cinayətlərinin daha bir sübutudur.

“Bu günlərdə Xocavəndin Ədilli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən əsir düşmüş 25 nəfərin qətlə yetirilməsi və kütləvi basdırılması insanlıq məhfumunu sarsıdan cinayət, cəmiyyətin mənəvi və insanlıq hüququnun kobud şəkildə pozulmasıdır. 30 il ərzində ermənilər tərəfindən Azərbaycan xalqna qarşı törədilən etnik təmizləmələr, müharibə cinayətləti bütövlükdə bəşəriyyətə qarşı yönələn, qüəbulediməz bir davranışdır.
Birinci Qarabağ müharibəsi zamanı 4 minə yaxın azərbaycanlı girov və hərbi əsir götürülüb. Ermənistan bu günə qədr də onların taleyi barədə məlumar vermir, beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərmişdir”, - deyə deputat bildirib.

O qeyd edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq hüquqa öz sadiqliyini hər zaman nümayiş etdirir, beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini hər zaman yerinə yetirir.

“Azərbaycan humanizm prinsiplərini əsas tutaraq beynəlxalq humanitar qanunun bütün qaydalarına riayət edib. 44 günlük Vətən müharibəsində də Azərbaycan hərbçilərinin mülki erməni əhalisinə qarşı humanist davranışı bunu sübut etdi. Ermənistan hərbi cinayətkarları isə mütləq cinayətə cəlb olunmalıdır, hərbi cinayətkarlar mütləq cəzalarını almalıdır”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə deyib ki, Xocavənddə aşkarlanan kütləvi məzarlıq ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətllərin daha bir sübutudur.

Deputat bildirib ki, ötən əsrin əvvəllərində də ermənilər xalqımıza qarşı bu cür qətllər törətmişdi, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra da bu kimi cinayətlərlə üzləşdi.

“Xocavənddə aşkarlanan kütləvi məzarlıq bir daha göstərir ki, belə qətliamların sayı onlarladır. Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın vətəndaşımızın taleyi bu günə qədər məlum deyil, onların başlarına nə gətirildiyi bilinmir. Qalıqları tapılan bu insanların da taleyi, başlarına nələr gəttirildiyi məlum deyil. Azərbaycan xalqına qarşı vəhşilik, qətliamlar Ermənistanın dövlət siyasətinə çevrilib”, - deyə deputat bildirib.

O, təəssüflə qeyd edib ki, bu günə kimi beynəlxalq qurumlar Ermənistanın bu cür çirkin hərəkətlərinə heç bir reaksiya vermirlər.

“Təəssüf ki, beynəlxalq qurumların bu cür yanaşması, laqeyd münasibəti və hətta bir sıra hallarda Ermənistana havadarlıq etməsi, Ermənistanın mövqeyini dəstəkləyən bəyanatlar verməsi erməniləri növbəti cinayətlər törətməyə həvəsləndirir. Ona görə beynəlxalq qurumların da üzərinə çox ciddi məsuliyyət düşür. Onlar haqqın yanında olmalıdırlar, ermənilərin saxta, yalan məlumatlarına uymamalıdırlar və Ermənistanın təcavüzkar əməllərini qəti şəkildə pisləməlidirlər və Ermənistana sanksiyalar tətbiq etməlidirlər”, - deyə o qeyd edib.

Qeyd edək ki, ötən gün Xocavənd rayonunun Edilli kəndində növbəti kütləvi məzarlıq aşkar edilib. Məzarlıqda hərbçi olduqları güman edilən 12 nəfərə aid qalıqlar tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti