...

Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfəri, diplomatik arenada uğurla davam etdirir - Hulusi Kılıç

Siyasət Materials 10 Oktyabr 2022 15:15 (UTC +04:00)
Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfəri, diplomatik arenada uğurla davam etdirir - Hulusi Kılıç
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfəri, diplomatik arenada uğurla davam etdirir.

Bu barədə Trend-in suallarını cavablayarkən Türkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin (İB) Türkiyə rəhbəri, Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç bildirib.

O qeyd edib ki, Praqada "Avropa siyasi birliyi" Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ermənistan baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emanuel Makron bir araya gələrək görüşlər keçirdilər.

“Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edildi. Bəynatda Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı qeyd edilir. Bu o mənanı ifadə edir ki Ermənistan Qarabağ üzərindəki iddialarından əl çəkir. Azərbaycan Prezidenti İlham Əliyev Praqa görüşündən uğurla çıxdı. Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı zəfəri diplomatik arenada uğurla davam etdirir. Türkiyə olaraqda biz Azərbaycana olan dəstəyimizi davam etdirəcəyik. Ümid edirik ki, qısa zamanda Azərbaycan və Ermənistan arasında süh müqaviləsi imzalanar və bölgədə rifah, iqtisadi inkişad daha da genişlənir”, - deyə H. Kılıç bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti