Bakı. Trend:
Milli Məclis 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayacaq.
Trend-in məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Deputatlar təbrik məktubunun göndərilməsini yekdilliklə dəstəkləyiblər.