...

Azərbaycan qazı Türkiyənin enerji qovşağına çevrilməsində mühüm rol oynayacaq - Ərdoğan

Siyasət Materials 3 Noyabr 2022 00:27 (UTC +04:00)
Azərbaycan qazı Türkiyənin enerji qovşağına çevrilməsində mühüm rol oynayacaq - Ərdoğan

Bakı. Trend:

Türkiyə enerji qovşağı olmaq üçün addımlar atır. Azərbaycan qazı bu məsələdə mühüm rol oynayacaq.

Trend xəbər verir ki, bunu çərşənbə günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli "ATV" telekanalına müsahibəsi zamanı deyib.

"Biz enerji qovşağı olmaq üçün addımlar atırıq. Mənbələrin və marşrutların şaxələndirilməsi tələb olunurdu. Bu bir mənbə deyil, bir marşrut deyil, biz bunu müəyyən regionlara çatdırmalıyıq. Bizim Azərbaycanla bağlı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərimiz var. Mənin Azərbaycana sonuncu səfərim zamanı Prezident İlham Əliyevlə bu məsələni ətraflı müzakirə etdik", - deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, TANAP vasitəsilə əldə ediləcək əlavə qaz da bu prosesdə mühüm rol oynayacaq.

"Biz həmçinin öz anbarlarımızı da tikəcəyik. Biz maye qaz terminalı da quraşdıracağıq. Gəmilərlə çatdırılma da ayrıca həyata keçiriləcək. Qara dənizdə qaz yataqlarının kəşfi isə bizə əlavə güc verəcək", - deyə Türkiyə Prezidenti bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti