...

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantına 66 düzəliş edilib

Siyasət Materials 23 Noyabr 2022 13:42 (UTC +04:00)
“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantına 66 düzəliş edilib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantına ümumilikdə 66 düzəliş edilib. Düzəlişlər həm mahiyyət, həm də texniki baxımdan olub.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Əli Hüseynli noyabrın 23-də qanun layihəsi ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə deyib.

O qeyd edib ki, qanun layihəsinin ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm olunmayan partiyalar iştirak edib.

“Əlbəttə ki, qanun layihəsi siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsi məqsədi daşıyırdı. Bu baxımdan yeni qanun layihəsi hazırlandı. Qeyd etdiyim bu dəyişikliklər nədən meydana çıxdı?! Əsas təkliflər daha çox rəqəmlərə yönəlmişdi. Təkliflər var idi ki, bir sıra məsələlərdə müddət çoxalsın, bir sıra hallarda azaldılsın. Yəni burada partiyaların təsis edilməsi, ləğv edilməsi, qeydiyyatdan keçməsi, reyestrdən keçməsi və s üçün müddətlərlə bağlı düzəlişlər edilib.

Ümumilikdə qanun layihəsinə münasibət müsbətdir və bildiyiniz kimi, birinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edilib”, - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantı müzakirə olunub. Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti