...

Bir şəxs bir neçə partiyada təmsil oluna bilər?

Siyasət Materials 23 Noyabr 2022 16:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bir şəxsin bir siyasi partiyada təmsil olunması modeli var. Bir şəxsin bir neçə siyasi partiyada təmsil olunması ilə bağlı tənqidlər sırf bizim layihəni tənqid etmək üçün olan yanaşma idi.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Əli Hüseynli “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə deyib.

Komitə sədrinin sözlərinə görə, necə olar ki, bir siyasi partiyada olan şəxs müxtəlif siyasi partiyalarda təmsil olunar?!

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc isə qeyd edib ki, bir neçə siyasi partiyada təmsil olunan şəxsin seçki prosesində siyasi partiya mənsubiyyəti müəyyən olunanda problem yarana bilər: “Reyestr formalaşacaq ki, bir şəxsin bir neçə siyasi partiyada təmsilçiliyi mümkün olmayacaq. Çox qəribə məlumat almışam. Bir neçə partiyada olan partiya nümayəndələri var. Hansı ki, partiyada seçkili səsə malikdir. Bu, mənə çox qəribə gəlmişdi”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti