...

Şuşada TDT-yə daxil olan dövlətlərin diaspora qurumları bəyanat imzlayacaq - Fuad Muradov

Siyasət Materials 21 Dekabr 2022 13:21 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Şuşa. Trend:

Ümumi məqsədimiz Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan diaspora qurumlarını və onların xaricdə fəaliyyət göstərən diaspora təşkilatlarının birgə fəaliyyət strategiyasını müəyyənləşdirməkdir.

Trend-in məlumatına görə, bunu bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda jurnalistlərə açıqlamasında bildirib.

"Biz istəyirik ki, Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin diaspora qurumlarının və eyni zamanda, xaricdə yaşayan soydaşlarının birgə fəaliyyətini hansısa strategiya üzrə həyata keçirək.

"Biz bu gün Şuşada, gələn il üçün bütün dünyada Türk Dövlətləri Təşkilatına daxil olan təşkilatların fəaliyyətlərini, strategiyasını və bu kontekstdə Şuşada mədəniyyət paytaxtı olaraq hansı tədbirlər həyata keçirtmək barəsində müzakirələr aparırıq. Demək olar ki, bütün ölkələrin bununla bağlı razılığı var. Biz bununla bağlı bu gün müzakirələrdən sonra bəyanat qəbul edəcəyik”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti