...

Vardanyanın məqsədi pul qazanmaqdır - Elşad Həsənov

Siyasət Materials 24 Yanvar 2023 11:38 (UTC +04:00)
Vardanyanın məqsədi pul qazanmaqdır - Elşad Həsənov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bizim əsas tələbimiz təbii sərvətlərimizin ermənilər tərəfindən talanına son qoyulması və həmin ərazilərdə monitorinqlərin aparılmasına şəraitin yaradılmasıdır.

Bunu Trend-ə açıqlamasında politoloq Elşad Həsənov bildirib.

"Artıq neçə gündür ki, vətəndaşlarımız ermənilərin torpaqlarımızda faydalı qazıntı yataqlarını talan etməsinə qarşı Laçın yolunda aksiya keçirir.

Bizim dövlət həmin yataqların qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqini aparmaq istədi, lakin maneə il qarşılaşdı. Bu səbəbdən də azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəalların ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası bu günə qədər davam edir. Ermənilərin uydurduğu kimi biz yolu bağlamamışıq. Əksinə aksiya müddətində humanitar məqsədlə keçən maşınların hamısı maneəsiz buraxılıb", - deyə o əlavə edib.

E.Həsənov qeyd edib ki, dırnaqarası "vətənpərvər" olan Vardanyanın məqsədi əslində biznes maraqları üzərində qurulub.

"Onun əsas məqsədi pul qazanmaqdır. O çıxışlarında da revanşist qüvvəllərin silahlandırılmasını vurğulayır. Bununla da sülh müqaviləsinin bağlanmasına mane olur. Düşünürəm ki, yaxın zamanlarda Ruben Vardanyan Qarabağdan getməyə məcbur olacaq. Çünki onun Araik Atunyunyanla da problemi yaranıb", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti