...

Dövlət qulluğunda vəzifəyə təyinat zamanı bu şəxslərə üstünlük veriləcək

Siyasət Materials 1 Fevral 2023 15:48 (UTC +04:00)
Dövlət qulluğunda vəzifəyə təyinat zamanı bu şəxslərə üstünlük veriləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət qulluqçularının irəli çəkilməsi zamanı rotasiya olunmuş şəxslərə üstünlük veriləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, qanunun 32.2-ci bəndi yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant vəzifə olması, habelə vakant vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edək ki, qanuna dəyişikliyə əsasən, həmçinin dövlət qulluqçularının rotasiyası qaydası müəyyənləşir.

Belə ki, dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi dövlət orqanının rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçiriləcək. Qanunun 31-1.1-ci maddəsində nəzərdə tutulan qaydada siyahısı müəyyən edilən dövlət qulluqçulan rotasiya qaydasında başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, binası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınacaq.

Qanuna dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti