Bakı. Trend:
Ermənistan fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçiriləcək Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsində iştirak etməyəcək.
Trend-in məlumatına görə, Paşinyan Münxenə təhlükəsizlik konfransında iştirak etmək üçün uçub, lakin Cənubi Qafqazda təhlükəsizlik üzrə panel müzakirəsinin iştirakçılarının siyahısında adı yoxdur.
Görünür, Nikol Vovayeviç üç il bundan əvvəl risk edərək Prezident İlham Əliyevlə polemikaya girdiyini və Azərbaycan lideri tərəfindən necə pərt edildiyini çox yaxşı xatırlayır.