...

Prezident İlham Əliyev: Rusiya və Azərbaycan aviadaşıyıcıları hər həftə 135 reys yerinə yetirir

Siyasət Materials 27 Fevral 2023 22:24 (UTC +04:00)
Prezident İlham Əliyev: Rusiya və Azərbaycan aviadaşıyıcıları hər həftə 135 reys yerinə yetirir

Bakı. Trend:

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin koronavirusdan əvvəlki dinamikası bərpa olunur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Rusiya və Azərbaycan aviadaşıyıcıları hər həftə 135 reys yerinə yetirir. “Yəni, mənim fikrimcə, bu rekord göstərici ona dəlalət edir ki, ölkələrimizin vətəndaşları böyük məmnuniyyətlə bir-birini ziyarət edirlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti