...

Azərbaycan həmişə haqqın tərəfdarı olub - Allahşükür Paşazadə

Siyasət Materials 16 Mart 2023 16:58 (UTC +04:00)
Azərbaycan həmişə haqqın tərəfdarı olub - Allahşükür Paşazadə
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan həmişə haqqın tərəfdarı olub. Azərbaycan “İslam həmrəyliyi ili”, “Mültikulturalizm ili” elan etdi və bu o demək idi ki, Azərbaycan İslam dəyərlərinə böyük önəm verir.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlamnları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans zamanı jurnalistlərə açıqlamasında deyib.

A.Paşazadə qeyd edib ki, bu gün islamofobiya həqiqətən dünyada mühüm məsələlərdən biridir.

“Bu gün görürük ki, Avropada ikili münasibətlər var. Misal üçün müsəlman miqrantlara başqa münasibət bəsləyirlər, xristian miqrantlara başqa münasibət. Xristian miqrantlar üçün bütün şərait yaradılır, ancaq müsəlman miqrantlar illərlə gözləyirlər. Bu ikili münasibət aradan götürülməlidir, bütün insanlar Allah qarşısında bərabərdir”, - deyə o qeyd edib.

A.Paşazadə vurğulayıb ki, Avropa dövlətləri insan haqlarından danışırlar, ancaq özləri onu pozurlar. “Azərbaycan bununla bağlı həmişə öz sözünü deyib və bu gün bu konfransın təşkil olunması olduqca mühümdür. Biz dünyaya bəyan edirik ki, biz sülhün tərəfdarıyıq. 30 il erməni işğalı altında qalmış torpaqlarımızda məscidlərimizin, ziyarətgahlarımızın dağıdılması islamofobiyanın təzahürüdür. Bu, İslama qarşı bir genosiddir”, - deyə o əlavə edib.

Xatırladaq ki, martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparırbar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti