...

Prezident İlham Əliyev Şarl Mişeli Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb

Siyasət Materials 25 Mart 2023 17:49 (UTC +04:00)
Prezident İlham Əliyev Şarl Mişeli Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət barədə məlumatlandırıb

Bakı. Trend:

Azərbaycan Brüssel prosesini dəstəkləyir.

Trend xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 5 minə yaxın nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan şəxs və onları müşayiət edənlər bu yoldan keçiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti