...

Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə gələn ay Bakıda görüş təklif edilir - PA

Siyasət Materials 27 Mart 2023 10:20 (UTC +04:00)
Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə gələn ay Bakıda görüş təklif edilir - PA

Bakı. Trend:

Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə gələn ay Bakıda görüş təklif edilir.

Trend xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

"Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti