Bakı. Trend:
Bolqarıstan tərəfinin dəvəti əsasında Milli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev 02 aprel 2023-cü il tarixdə Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkisinin müşahidə missiyasında iştirak edib. 49-cu çağırış Xalq Məclisinə seçkilərdə 14 siyasi partiya və 7 koalisiya iştirak edib, 240 deputat mandatı uğrunda 4566 namizəd mübarizə aparıb. Seçkiləri 207 beynəlxalq, 847 bolqar müşahidəçi izləyib.
“Exit-poll”un nəticələrinə görə, keçmiş baş nazir Boyko Borisovun GERB bloku və Avropayönlü “Dəyişiklikləri davam etdiririk” və “Demokratik Bolqarıstan” partiyalarının birliyi qalib gəlib.
Trend-in sorğusuna əsasən, Bolqarıstan parlamentinə beş partiya daxil olacaq: PP-DB (26,9%) GERB (26,7%), rusiyayönlü İntibah Partiyası (12,9%), türk azlığını təmsil edən Sosialistlərin Demokratik Partiyası ( DPS, 12,4%) və Bolqarıstan Sosialist Partiyası (BSP, 10,5%).