...

Şuşa türk dövlətlərinin birliyində mühüm rol oynayır - Bilal Çakıcı

Siyasət Materials 7 Aprel 2023 14:53 (UTC +04:00)
Şuşa türk dövlətlərinin birliyində mühüm rol oynayır - Bilal Çakıcı
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa türk dövlətlərinin birliyində mühüm rol oynayır.

Trend xəbər verir ki, bu barədə bu gün TÜRKSOY baş katibinin köməkçisi Bilal Çakıcı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının Bakıda keçirilən 9-cu iclasının açılış mərasimində deyib.

"Qeyd etmək istəyirəm ki, Azərbaycanın 44 günlük müharibədəki zəfəri, xüsusən mədəni irsin incisi olan Şuşa şəhərinin işğaldan azad olunması türk dövlətlərinin birliyində böyük rol oynayır. Türk irsinin qorunub saxlanmasına böyük diqqət yetirilməlidir. Biz hamımız birlikdə ümumi dəyərlərimizin qorunub saxlanmasına və tərəqqisinə daha çox səy göstərməliyik", - B.Çakıcı deyib.

B.Çakıcı çıxışında həmçinin milli dəyərlərin qorunub saxlanması məsələsində TÜRKSOY-un UNESCO milli komissiyaları ilə əlaqəsinin mühüm olduğunu qeyd edib.

Qeyd edək ki, TÜRKSOY-un bu iclası Azərbaycan Respublikası Prezidentinin yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ADA Universiteti, həmçinin Universitetin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən birgə təşkil olunub.

Xatırladaq ki, bu il TÜRKSOY qurulmasının otuzuncu ildönümünü qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti