...

Azərbaycan nümayəndə heyəti Vanda bir sıra görüşlər keçirib (FOTO)

Siyasət Materials 28 Aprel 2023 11:59 (UTC +04:00)
Azərbaycan nümayəndə heyəti Vanda bir sıra görüşlər keçirib (FOTO)

Bakı. Trend:

Azərbaycanın millət vəkilləri, incəsənət xadimləri, idmançılar və iş dünyasından olan on nəfərlik nümayəndə heyəti Türkiyənin Van vilayətinə səfər edib.

Trend-in məlumatına görə, iki ölkə arasında ticari və siyasi əlaqələrin inkişaf etdirilməsi məqsədilə “Qardaş Köməyi” Platformasının rəhbəri , MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, Yeni Azərbaycan Partiyasının deputatları Əziz Ələkbərov, Vüqar İskəndərov və müğənni Tünzalə Ağayevanın da olduğu 10 nəfərlik nümayəndə heyəti Türkiyənin Van vilayətinə gəlib.

Səfər çərçivəsində Zevə qəbiristanlığı və AK Partiyanın regional şöbəsini ziyarət edən heyət MÜSİAD Van şöbəsində iş adamları ilə görüşüb.

Bu illər ərzində iki ölkə arasında yaxşı münasibətlər olduğunu qeyd edən R.Cabirli Türkiyə və Azərbaycanın iki dövlət, bir millət olduğunu qeyd edib.

"Bu əlaqələr bu gün də davam edir. MÜSİAD olaraq biz bu qardaşlıq hissini tərəfdaşlıq əlaqələri ilə birləşdirərək qlobal iqtisadiyyatın fəal hissəsi olmaq fikrindəyik. Qarşılıqlı ticarət dövriyyəsini artırmaq, qarşılıqlı sərmayələr qoymaq məqsədi ilə fəaliyyətimiz davam edir. Məqsədimiz tərəfdaşlıq əlaqələri qurmaq, ticarətimizi inkişaf etdirməkdir. Bu gün də bu niyyətlə buradayıq”, - deyə R.Cabirli bildirib.

Mayın 14-də Türkiyədə keçiriləcək seçkilərə toxunan R.Cabirli sözünə belə davam edib:

"Mayın 14-də keçiriləcək seçki təkcə Türkiyə üçün deyil, bütün dünya üçün çox önəmlidir. Türkiyə dünyada çox önəmli bir mövqeyə gəlib. Bunu görməmək mümkün deyil. İkinci Qarabağ müharibəsində, Azərbaycanın haqq işində Türkiyənin dəstəyini hiss etdik. Bu mənada biz bu seçimə böyük əhəmiyyət veririk. İnanırıq ki, türk xalqı ədalətli davranacaq və seçkinin nəticəsi ədalətli olacaq. Bununla bağlı da işlər görmüşük. İnanırıq ki, Türkiyə daha da güclənəcək və daha yaxşı mövqeyə gələcək", - deyə o əlavə edib.

MÜSİAD Van şöbəsinin vitse-prezidenti Faruk Tasan bildirib ki, görüş zamanı kommersiya əlaqələri və qarşılıqlı ticarətin inkişafı müzakirə edilib.

"Görüş müsbət keçdi. Ümid edirəm ki, tezliklə Azərbaycana səfər edəcəyik", - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti