...

Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək

Siyasət Materials 3 İyun 2023 08:00 (UTC +04:00)
Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, bir çox xarici liderlərin də qatılacağı mərasimdə Ərdoğan Türkiyə Böyük Millət Məclisində and içəcək. O, əvvəlcə TBMM-in müvəqqəti sədri Dövlət Baxçalıdan mandatını alacaq, daha sonra and içəcək.

Mayın 28-də keçirilən seçkilərdə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan üçün 2028-ci ilə qədər davam edəcək növbəti prezidentlik müddəti rəsmi şəkildə başlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti