...

Fransada mütəmadi olaraq jurnalistlərə qarşı zorakılıq müşahidə edilir - Jan Viktor Kastor

Siyasət Materials 6 İyul 2023 13:17 (UTC +04:00)
Fransada mütəmadi olaraq jurnalistlərə qarşı zorakılıq müşahidə edilir - Jan Viktor Kastor
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransada mütəmadi olaraq jurnalistlərə qarşı zorakılıq müşahidə edilir.

Trend-in məlumatına görə, bu barədə “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda tədbir sonrası keçirilən mətbuat konfransı zamanı Fransa Respublikasının Milli Assambleyasının deputatı Jan Viktor Kastor deyib.

“Jurnalistlərə işlərini görməyə mane olurlar. Makronun siyasəti tamamilə öz xalqı tərəfindən belə qəbul edilmir. Fransa da nə insan haqları nə də söz azadlığı var. Fransa heç bir zaman demokratik ölkə olmayıb. Sadəcə demokratiyanı satır”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti