...

Azərbaycan və Ermənistan bir sıra məsələlər üzrə fikir ayrılıqlarını həll edə biliblər - ATƏT-dəki daimi nümayəndə

Siyasət Materials 20 İyul 2023 16:35 (UTC +04:00)
Azərbaycan və Ermənistan bir sıra məsələlər üzrə fikir ayrılıqlarını həll edə biliblər - ATƏT-dəki daimi nümayəndə
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Son bir neçə ay ərzində Azərbaycan və Ermənistan bir sıra məsələlər üzrə aralarındakı fikir ayrılıqlarını həll etməyə nail olublar.

Trend xəbər verir ki, bunu Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışına cavab olaraq deyib.

"Son bir neçə ay ərzində Vaşinqton, Brüssel, Moskva və Kişinyovda aparılan danışıqlar ölkələrin bir sıra məsələlər üzrə fikir ayrılıqlarının çevrəsini daraltmağa kömək edib. Ötən həftə Brüsseldə keçirilən altıncı üçtərəfli görüş də ikitərəfli danışıqlarda müsbət dinamikanın dəstəklənməsində faydalı olub", - o deyib.

R.Sadıqbəyli Bakının həmçinin Ermənistanla Azərbaycan arasında dövlət sərhəddinin demilitasiyası prosesinin başlaması üçün səylər göstərdiyini vurğulayıb.

"12 iyul 2023-cü il tarixində iki ölkə arasında sərhəddə Azərbaycan-Ermənistan sərhəddinin demilitasiyası üzrə müvafiq komissiyaların dördüncü iclası keçirildi və bu sayədə tərəflər danışıqları davam etdirə bildilər", - deyə o qeyd edib.

Eyni zamanda, ATƏT-dəki daimi nümayəndəmizin vurğuladığı kimi, Azərbaycan üçtərəfli bəyanata əsasən regionda bütün nəqliyyat və kommunikasiya əlaqələrinin açılması üzərində yorulmadan çalışır.

"Lakin beynəlxalq birliyin bu təşəbbüsü qətiyyətlə dəstəkləməyinə və normallaşma üzrə gündəmin irəliləməsi üçün görülən diplomatik səylərə baxmayaraq, gözə çarpacaq dərəcədə irəliləyiş məhdud olaraq qalmaqdadır. Ermənistan öz şərtlərini irəli sürməklə müxtəlif istiqamətlərdə praktik işləri süni şəkildə ləngidir", - deyə R.Sadıqbəyli qeyd edib.

"Baxmayaraq ki, Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, o cümlədən Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıb, Ermənistan rəhbərliyinin Azərbaycanla münasibətlərdə yekun nəticədə irəliləyiş əldə etmək üçün real addımları çatışmır", - deyə R.Sadıqbəyli sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti