...

Ermənistanın BMT TŞ-nin iclası ilə eyni gündə hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik - XİN

Siyasət Materials 16 Avqust 2023 15:13 (UTC +04:00)
Ermənistanın BMT TŞ-nin iclası ilə eyni gündə hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik - XİN

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumatda qeyd olunduğu kimi, 16 avqust tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan ərazisinə sızmağa cəhd göstərsə də, Ermənistanın bu növbəti təxribatının qarşısı alınıb və diversiya qrupunun bir üzvü saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

"Ermənistan bölgədə vəziyyətə dair BMT Təhlükəsizlik Şurasının iclası ilə eyni gündə hərbi təxribatları davam etdirməsini manipulyasiya siyasətinin davamı kimi qiymətləndirir və qətiyyətlə pisləyirik.

Ermənistanı bölgədə vəziyyəti gərginləşdirən təxribatçı addımlardan və bəyanatlardan, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməyə, beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq", - bəyanatda deyilir.

Qeyd edilib ki, bölgədə vəziyyətin gərginləşməsi məsuliyyəti bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti