Bakı. Trend:
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə nazirlərinin ikinci iclası keçiriləcək.
Trend xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, nazirlərin görüşü Azərbaycanın paytaxtında sentyabrın 6-dan 8-dək keçiriləcək.
Həmçinin, noyabrın 7-dən 10-dək Bakıda TDT ölkələrinin gənclər və idman nazirlərinin görüşü keçiriləcək.