...

Bolqarıstanda Heydər Əliyevin 100 illiyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Siyasət Materials 13 Sentyabr 2023 11:32 (UTC +04:00)
Bolqarıstanda Heydər Əliyevin 100 illiyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Parlamentdən Trend-ə verilən məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirdə iştirak edib.

Azərbaycanın və Türkiyənin Bolqarıstandakı Səfirlikləri tərəfindən təşkil olunmuş tədbirdə, həmçinin, Bolqarıstan Milli Assambleyasının üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirin sonunda Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə çıxış edən azərbaycanlı və türk sənətçilərlə görüşüb, onlarla söhbət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti