...

Azad olunmuş ərazilərdə tapılan məzar yerlərinə dair xüsusi xəritələr tərtib edilib

Siyasət Materials 18 Sentyabr 2023 16:20 (UTC +04:00)
Azad olunmuş ərazilərdə tapılan məzar yerlərinə dair xüsusi xəritələr tərtib edilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən il toplanmış məlumatlar nəticəsində azad olunmuş ərazilərdə tapılan məzar yerlərinə dair xüsusi xəritələr tərtib edilib.

Trend xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Kommisiyasının işçi qrupunun rəhbəri İsmayil Axundov “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, plana uyğun olaraq həmin məzar yerlərində qazıntı və ekshumasiya işləri həyata keçirilir.

“Dövlət Komissiyasının İşçi qrupu məzar yerləri ilə bağlı məlumatların toplanması işini davam etdirir. Vətən müharibəsində əldə edilən qələbədən sonra qarşımızda yeni imkanlar açılıb, Prezident İlham Əliyev tərəfindən Dövlət Komissiyasının qarşısında yeni vəzifələr müəyyən edilib”, -deyə oqeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti