...

İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 4 Oktyabr 2023 21:53 (UTC +04:00)
İranın yol və şəhərsalma naziri Azərbaycana səfər edəcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş 6 oktyabrda bir sıra ikitərəfli layihələr üzrə müzakirələr aparmaq məqsədilə Azərbaycana edəcək.

Trend-in məlumatına görə, iranlı nazirin 2 günlük səfər çərçivəsində Azərbaycanın bir sıra rəsmiləri, o cümlədən Baş Nazirin müavini Şahin Mustafayev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşü nəzərdə tutulur.

Səfər çərçivəsində İranla Azərbaycan arasında arasında Astara yük terminalının tikintisi, Astaraçay üzərində avtomobil körpüsünün, gömrük və sərhəd infrastrukturunun yaradılması kimi layihələrin icrası müzakirə ediləcək.
Səfər zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da yaxşılaşdırılması müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti