...

Milli Məclisin nümayəndə heyəti Buxarestdə Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)

Siyasət Materials 11 Oktyabr 2023 11:21 (UTC +04:00)
Milli Məclisin nümayəndə heyəti Buxarestdə Heydər Əliyevin abidəsini ziyarət edib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rumıniyada rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Buxarestdəki "Tey" parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib.

Parlamentdən Trend-ə verilən məlumata görə, Milli Məclisin sədri abidənin önünə əklil qoyub.

Xatırladaq ki, 2004-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə Buxarestdə Ulu Öndər Heydər Əliyevin abidəsinin açılışı olub. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Buxarestdə abidəsinin qoyulması Azərbaycan-Rumıniya əlaqələrinin inkişafının təzahürüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti