Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Milli Dirçəliş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Trend xəbər verir ki, bu barədə o "X" sosial şəbəkə hesabında qeyd edib.
“17 noyabr - Milli Dirçəliş Günün mübarək olsun, Can Azərbaycan”, - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, 17 Noyabr Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur.