...

Neokolonizm hələ də qalmaqdadır - Fransa Gənc Kanak Hərəkatının sədri

Siyasət Materials 21 Noyabr 2023 11:39 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın müstəmləkəçilik siyasəti onların intibah dövrü mədəniyyəti ilə həmahəng deyil.

Trend xəbər verir ki, bunu Fransa Gənc Kanak Hərəkatının sədri Daniel Wea "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, neokolonizm hələ də qalmaqdadır.

"Dekolonizm qadınlara azadlıq verilməsini tələb edir. Qadınlara təhsil verilməlidir. Onlar bir nəslin tərbiyəçisidir",- deyə əlavə edib.

Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.

Xəbər lenti

Xəbər lenti