...

Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydalarında dəyişiklik edilib - FƏRMAN

Siyasət Materials 6 Dekabr 2023 19:00 (UTC +04:00)
Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydalarında dəyişiklik edilib - FƏRMAN

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, Fərmanda qeyd olunur:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292; 2017, № 1, maddə 50; 2018, № 9, maddə 1840, № 11, maddə 2263; 2019, № 3, maddə 430, № 5, maddə 823; 2020, № 8, maddə 1042; 2022, № 5, maddə 475, № 9, maddə 1028; 2023, № 3, maddə 351, № 4, maddə 500, № 8 (I kitab), maddə 1159) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nda dəyişikliklər təsdiq edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti