Bakı. Trend:
MÜSİAD Azərbaycan Türkiyə ilə qardaşlıq şüurunu ortaqlıq mədəniyyəti ilə birləşdirərək qlobal dünyanın fəal iştirakçısı olmaq əzmindədir.
Trend xəbər verir ki, bunu TurkicWorld-ə özəl açıqlamasında MÜSİAD Azərbaycan İdarə heyətinin sədri Rəşad Cabirli deyib.
“Bildiyiniz kimi, Azərbaycan-Türkiyə münasibətləri bu gün həyatımızın bütün sahələrini əhatə etməkdədir. Şuşa bəyannamməsinin son bəndində ölkələrimiz arasında münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsi qeyd olunur və biz də MÜSİAD Azərbaycan olaraq bu istiqamətdə vizyonumuza sadiq qalaraq qardaşlıq şüurumuzu ortaqlıq mədəniyyəti ilə birləşdirərək qlobal dünyanın fəal iştirakçısı olma əzmindəyik”, – deyə o vurğulayıb.
Sədr onu da qeyd edib ki, Azərbaycan 10 milyon əhalisi olan bir coğrafiya olaraq deyil, 300 milyon əhalisi olan MDB-ə çıxış nöqtəsi olaraq dəyərləndirilməsidir.
“Bu istiqamətdə qarşılıqlı investisiyanın əhəmiyyətli olduğunu, Azərbaycanın bu baxımdan xüsusi bir nöqtədə yerləşdiyini düşünürük və inanırıq ki, gücümüzü birgə keçmişimizdən alaraq gələcəyimiz üçün böyük nailiyyətlər əldə edirik”, – deyə o əlavə edib.
Xatırladaq ki, bugün Bakıda MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Qida və Kənd Təsərrüfatı Forumunun açılış mərasimi keçirilib.
Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması Forumunun rəsmi media tərəfdaşı seçilib.