...

MDB tərəfdaşları Cənubi Qafqazda sülhün tam bərpasında maraqlıdırlar - Sergey Lebedev

Siyasət Materials 7 Fevral 2024 13:01 (UTC +04:00)
MDB tərəfdaşları Cənubi Qafqazda sülhün tam bərpasında maraqlıdırlar - Sergey Lebedev
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyindəki (MDB) tərəfdaşlar Cənubi Qafqazda sülhün tam bərpasında maraqlıdırlar.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə MDB-nin baş katibi, təşkilatın müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev bildirib.

"Açığını deyim ki, biz sizin qonşularınız, MDB məkanında tərəfdaşlarıyıq və biz həm də Cənubi Qafqazda sülhün və sabitliyin tam bərpa olunmasında, həm də gələcək mütərəqqi inkişaf üçün şərait yaradılmasında son dərəcə maraqlıyıq. Bu səylərdə təkcə Rusiya Federasiyası deyil, həm də qonşu dövlətlər - Gürcüstan, İran, Türkiyə də fəal iştirak edir.

Biz səmimi qəlbdən arzu edirik ki, Cənubi Qafqazda sülhün və sabitliyin tam bərpası üçün bu kollektiv səylər müvəffəqiyyətlə və tez bir zamanda tamamlansın", - o əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Xəbər lenti

Xəbər lenti