Bakı. Trend:
Azərbaycan-Almaniya əlaqələri XIX əsrdən inkişaf etməyə başlayıb. Bu dövürdə alman tayfaları Azərbaycana köçmüş, burada iqtisadiyyatın ayrı-ayrı sahələriun inkişafına töhfə verməyə başlayıb. Bu gün də Azərbaycanda almanların kirxaları, mədəniyyət abidələri dövlətimiz tərəfindən qorunub saxlanılır.
Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, müstəqilliyimiz dövründə Azərbaycan Almaniya əlaqələri yeni müstəvidə yenidən qurulmağa başladı. “Belə ki, 1992-ci ildən başlayaraq dövlətlərimiz arasında diplomatik əlaqələr formalaşıb və bu illər ərzində böyük bir uğurlu yol keçib. Bu illər ərzində dövlət rəhbərlərimiz dəfələrlə səfərlər etmiş, əməkdaşlığın inkişafı ilə bağlı hüququ baza təşkil edən sənədlər imzalaıb. Məhz dövlətlərimiz arasında imzalnmış 77 sənəd ölkələrimizin müxtəlif sahələri üzrə əməkdaşlığımızı genişləndirib.
İqtisadi əlaqələrimizin inkişafı ölkələrimzi arası xarici ticarət dövriyyəsindən də müşahidə etmək olar. Belə ki, 2023-cü ildə ölkələrimiz arası xarici ticarət dövrüyyəsi 2 milyard dollar yaxın olmuş, bu da 2022-ci illə müqayisədə 45,4% çox deməkdir. Azərbaycanın xarici ticarət dövrüyyəsində Almaniya 5-ci yerdədir. Almaniya Azərbaycandan xam neft alır. Qaz sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb”, - deyə deputat bildirib.
O qeyd edib ki, Azərbaycanda Almaniyanın 249 şirkət qeydiyyata alınıb.
“O cümlədən iki şirkət işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərmək üçün müraciət etmişdir. Azərbaycan və Almaniya iqtisadiyyatlara qarşlıqlı investisiyalar yatırır. Belə ki, Almaniya Azərbaycan iqtisadiyyatına 815 mln dollar, Azərbaycan isə Almaniya iqtisadiyyatına 600 milyon dollar yaxın investisiyalar yatırmışdır. Almaniya şirkətləri Azərbaycanda bərpa olunan enerji mənbələrinin yaradılmasında və yenidən qurulmasına maraq göstərir.
2011-ci ildə Alımaniya–Azərbaycan ticarət və investisiyalar üzrə işçi qrupu təsis olunmuş, 2012-ci ildə isə ölkələrimiz arası Xarici Ticarət Palatası yaradılmışdır. XTP-nın 2023-cü ildə Berlində keçirilmiş iclasında Azərbaycanıən investisiya mühüti, Orta Dəhliz, işğaldan azad olunmuş ərazilərin potensialı haqqında almaniyalı investorlara məlumat verilib.
Ölkələrimiz arasında humanitar əlaqələr də özünün inkişaf dövrünü yaşayır. Belə ki, Almaniyada 900 gəncimiz təhsil almış, 1000 tələbəmiz isə mübadilə proqramlarına cəlb olunmuşdur.
Parlamnetlər arası əməkdaşlıq da çox yüksək səviyyədə inkişaf edir. Bu gün Azərbaycan parlamentində ən böyük işçi qruplardan biri 21 nəfərin təmisil olunduğu Almaniya parlamenti ilə olan işçi qrupudur. O cümlədən Almaniya parlamentində 11 nəfərdən ibarət Cənubi Qafqaz işçi qrupu fəaliyyət göstərir. Parlamentlər arası işçi qruplarımız mütəmadi qarşıllıqlı səfərlər edir və parlament səviyyəsində əməkdaşlığı genişləndirmçəklə ölkələrimiz arası münasibətlərin möhkəmlənməsinə töhfə verir.
Almaniyada keçirilən PİD tədbiri iqlim dəyişikliklərə qarşı mübarizədə ölkələri birləşdirən platformadır. Bu il Berlində keçirilən tədbirə dövlət başçımız İlham Əliyev də qatılmışdır. Azərbaycan COP 29 beynəlxalq konfransa ev sahibliyi etdiyindən cənab Prezident İlham Əliyev PİD-in əsas məruzəçilərindən biri kimi çıxış edir. PİD həm də COP 29-a bir hazırlıq mərhələsi kimi qeyd edə bilərik.
Sonda qeyd etmək istəyirəm ki, Azərbaycanla Almaniya arasında inkişaf edən çoxşaxəli münasibətlər günü-gündən genişlənir və qarşlıqlı fayda və hörmətə əsaslanır” – deyə deputat əlavə edib.