...

İtaliya səfiri Azərbaycan vətəndaşlarına vizaların verilməsinin sürətləndirilməsi barədə danışıb

Siyasət Materials 19 İyun 2024 14:52 (UTC +04:00)
İtaliya səfiri Azərbaycan vətəndaşlarına vizaların verilməsinin sürətləndirilməsi barədə danışıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda İtaliyaya viza tələbi artır.

Trend xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko bildirib.

Onun sözlərinə görə, bu, çox sevindirici haldır.

"Ancaq insanları çox uzun müddət gözləməyə məcbur etməkdən qətiyyən məmnun deyilik. Onu da başa düşmək lazımdır ki, bir tərəfdən vizaların verilməsi qaydaları milli deyil, Avropa sayağədır. Problemlərdən xəbərdarıq və bu prosesi sürətləndirməyin mümkün yollarını tapmağa çalışırıq", - o deyib.

Qeyd edək ki, Luka di Canfrançesko bu ilin mayın 20-də İtaliyanın Azərbaycandakı yeni səfiri təyin edilib. Bu vəzifəni əvvəllər Klaudio Taffuri icra edib.

(Tərcümə: Gülnarə Kərimova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti