...

Prezident İlham Əliyev: Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk

Siyasət Materials 30 İyul 2024 11:18 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk

Bakı. Trend:

Biz xoş ənənələrə əsaslanan Azərbaycan-Mərakeş dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük əhəmiyyət veririk.

Trend xəbər verir ki, bu fikir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mərakeşin milli bayramı münasibətilə Kral Əlahəzrət VI Məhəmmədə təbrik məktubunda yer alıb.

Məktubda, həmçinin, deyilir: “Əminəm ki, xalqlarımızın rifahı naminə dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Dövlətimizin başçısı belə bir əlamətdar gündə Krala möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, qardaş Mərakeş xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyib.

Xəbər lenti

Xəbər lenti