...

Seçkilər zamanı heç bir mənfi hal qeydə alınmayıb - Mohammed Sabbari

Siyasət Materials 2 Sentyabr 2024 12:47 (UTC +04:00)
Seçkilər zamanı heç bir mənfi hal qeydə alınmayıb - Mohammed Sabbari
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan keçirilən növbədənkənar parlament seçkiləri zamanı heç bir mənfi hal qeydə alınmayıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərakeş parlamentinin Nümayəndələr Palatasının sədrinin birinci müavini Mohammed Sabbari deyib.

“Ötən gün keçirilən növbədənkənar parlament seçkiləri Azərbaycanın bütün suveren ərazilərində, həmçinin, işğaldan azad olunmuş Qarabağda baş tutdu. Bu seçkilərdə Qarabağın şəhərlərindən də namizədlərin seçilməsi çox əlamətdardır.

Seçki prosesi zamanı heç bir mənfi hal qeydə alınmadı, bu isə, öz növbəsində, prosesin düzgün, qaydalara uyğun və şəffaf keçməsini sübut edir. Azərbaycan xalqını bütün suveren ərazilərində, o cümlədən, Qarabağda seçkilərin uğurlu keçirilməsi münasibətilə təbrik edirəm”, - deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti