Bakı. Trend:
Ermənistan destabilizasiya məqsədilə xarici qüvvələri Cənubi Qafqaza sürükləyən "troya atı” rolunu oynayır.
Trend xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Sergey Markov jurnalistlərə bildirib.
"ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həlli üçün yaradılıb. İndi münaqişə həll edilib. Minsk qrupu dağılmalıdır. Bu hər kəsə aydındır. Üstəlik, Minsk qrupu, düzünü desəm, öz işini pozub. 20 il gəzdi, onlarla görüş keçirdi. Minsk qrupunun buraya davamlı ezamiyyətlərinə nə qədər pul xərclədilər. Və bu Qrupun 20 ildən çox müddətdə təyyarələr və avtomobillərlə yaradılan karbon izini, ətraf mühitə vurduğu zərərini təsəvvür edin", - o bildirib.
Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu dünya siyasi arenasında dolaşan zombilərdir.
"Bu, real həyat təşkilatları və strukturları ilə hər zaman masada oturmağa çalışan bir siyasi ölüdür. Əlbəttə ki, tamamilə ləğv edilməlidir. Bəs Paşinyan bütün bunları nə üçün edir? O, Qarabağ münaqişəsinin qorunub saxlanılması illüziyasını yaratmağa və bunun hesabına daha çox hərbi yardım almağa, o cümlədən bunun hesabına buraya, Cənubi Qafqaz ərazisinə hərbi missiyalar çəkməyə çalışır ki, ona daha çox silah verilsin, hərbi müşavirlər olsun. Nəticədə, düşünürəm ki, söhbət hərbi bazaların və digər hərbi strukturların, ilk növbədə Fransa, ABŞ, NATO və Avropa Birliyi ölkələrinin yaradılmasından gedir. Bunlar planlardır. Bu planları çox təhlükəli adlandırmaq olar. Mən deyərdim ki, Ermənistan xarici qüvvələri destabilizasiya məqsədilə Cənubi Qafqaza sürükləyən "troyan atı" rolunu oynayır. Bu, regionun bütün ölkələrini - həm Azərbaycanı, həm Rusiyanı, həm Türkiyəni, həm İranı, hətta bəlkə də Gürcüstanı Cənubi Qafqazda Ermənistanın tamamilə destruktiv rolunun qarşısını almaq üçün birləşməyə məcbur edir", - o əlavə edib.