...

Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir

Siyasət Materials 3 Oktyabr 2024 16:45 (UTC +04:00)
Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimdə əməliyyat əmrinin çatdırılması və vəzifələrin təhlili üzrə fəaliyyətlər icra olunub.

Daha sonra vəzifə təhlili brifinqində təlimin ssenarisinə uyğun xəbərdarlıq əmrləri verilib və fəaliyyət tərzlərinin hazırlanması prosesi həyata keçirilib.

Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi məqsədi ilə keçirilən komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti