Bakı. Trend:
Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın Bakı ilə İrəvan arasında münasibətlərin nizamlanması üzrə üçtərəfli görüşü hələ nəzərdə tutulmur.
Trend xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Jurnalistlərin suallarını cavablandıran Uşakov deyib: “Xeyr, üçtərəfli görüşlə bağlı razılaşma yoxdur. Belə bir ideya olub, amma onu kimsə dəstəkləməyib”.
Rusiya Prezidenti köməkçisinin sözlərinə görə, Rusiya bu formata etiraz etməyib.