...

Qərbi Azərbaycan İcmasının tarixini beynəlxalq ictimaiyyətə çatdırmaq lazımdır – Şamil Ayrım

Siyasət Materials 5 Dekabr 2024 15:59 (UTC +04:00)
Qərbi Azərbaycan İcmasının tarixini beynəlxalq ictimaiyyətə çatdırmaq lazımdır – Şamil Ayrım
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcmasının tarixini beynəlxalq ictimaiyyətə çatdırmaq vacibdir.

Trend xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransda deyib.

"Biz Qərbi Azərbaycan İcmasının tarixini beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Son dövrlərdə Azərbaycanın Ermənistana "ərazi iddiaları" ilə çıxış etdiyi barədə fikirlər səsləndirilir. Bu, həqiqəti əks etdirmir. Hazırda Azərbaycan və Ermənistan arasında sülh gündəliyi çərçivəsində danışıqlar aparılır", - deyə Ş.Ayrım qeyd edib.

O, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə uzunmüddətli sülh və sabitliyə can atdığını vurğulayıb. Bununla yanaşı, bəzi ölkələr, xüsusilə Afrikadakı mövqelərini itirmiş Fransa Ermənistana silah yardımı göstərməklə və bölgədə fikir ayrılıqları yaratmaqla məşğuldur.

Xatırladaq ki, Bakıda "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda Qərbi Azərbaycan İcmasının II beynəlxalq konfransı keçirilir.

Konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edir.

Tədbirdə aşağıdakı mövzular müzakirə olunur: Qərbi azərbaycanlıların Ermənistandan çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsin bərpası və bu sahədə diplomatik səylər.

Xatırladaq ki, hər il 5 dekabr tarixi 1987–1991-ci illərdə Qərbi azərbaycanlıların deportasiyasının ildönümü kimi qeyd olunur. Ötən il də bu mövzuda analoji beynəlxalq konfrans keçirilmişdi. "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll" mövzusuna həsr olunmuş beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.

Xəbər lenti

Xəbər lenti