...

Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)

Siyasət Materials 16 Aprel 2025 18:02 (UTC +04:00)
Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Daniel Zmekonun dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik K.Vəliyevin slovakiyalı həmkarı general-leytenant D.Zmeko ilə görüşündə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra general-polkovnik K.Vəliyev Slovakiya müdafiə nazirinin müavini cənab Martin Voytaşoviç ilə görüşüb.

Tərəflər hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti