...

A.HERKEL: SEÇKİ KOMİSSİYALARI TƏRKİBİNİN DƏYİŞMƏSİ AŞPA HƏMMƏRUZƏÇİLƏRİNİN BAKIYA SƏFƏR GÜNDƏLİYİNDƏ DURAN ƏSAS MƏSƏLƏDİR

Siyasət Materials 29 İyun 2005 15:49

Trend-i buradan izləyin

AŞPA-nın monitorinq komitəsi həmməruzəçilərinin Azərbaycana qarşıdakı səfərinin gündəliyində duran əsas məsələlərdən biri seçki komissiyalarının tərkibinin dəyişməsi məsələsi olacaq.Bu barədə Trend agentliyinə eksklüziv olaraq AŞPA monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bildirib.

Onun fikrincə, Azərbaycanda seçki komissiyalarının tərkibinin dəyişməsi öz müsbət həllini tələb edən vacib məsələlərdən biridir.

Həmməruzəçi qeyd edib ki, məsələnin belə həlli Azərbaycan parlamentinin müstəsna hüququdur, amma həmin məsələnin həll edilməməsi "ciddi mənfi nəticələrə" gətirib çıxaracaq.

"Avropa Şurasının Azərbaycanda noyabr seçkiləri üzrə mövqeyinin müəyyən edilməsində ötən seçkilərin təcrübəsi nəzərə alınıb"-deyə Azərbaycanda seçki məcəlləsinə dəyişikliklər üzrə VK və ATƏT-in bütün təkliflərinin nəzərə alınması zərurətini bəyan edən Venesiya komissiyasının (VK) katibi Canni Bukikkionun mövqeyini "düzgün" hesab edən A.Herkel qeyd edib.

Xəbər lenti

Xəbər lenti