...

ANDRES HERKEL: AZƏRBAYCANDAKI VƏZİYYƏTƏ DAİR MƏRUZƏYƏ MÜƏYYƏN DÜZƏLİŞLƏR EDİLƏCƏK

Siyasət Materials 6 İyul 2005 20:01 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Andreas Qrossun Bakıya səfərinin yekunlarına əsasən Azərbaycanda demokratiyanın inkişafı sahəsində vəziyyətə dair məruzəyə müəyyən düzəlişlər ediləcək.Bu barədə Trend agentliyinə eksklüziv müsahibəsində AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel bəyan edib.

A.Herkel qeyd edib ki, Azərbaycana ölkədəki seçkiqabağı vəziyyətlə hərtərəfli tanış olmaq məqsədilə gəlib və respublika rəhbərliyi, eləcə də müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir sıra mühüm görüşlər keçirib.

"Müzakirələrin açılması AŞPA Monitorinq komitəsinin bütün üzvlərinə Azərbaycandakı seçkiqabağı gerçəkliklərlə tanış olmaq imkanı verib"-deyə həmməruzəçi qeyd edib.O, təəssüflə bildirib ki, "seçkiqabağı kompaniyada ən ağrılı məqam Azərbaycan seçki məcəlləsinə dəyişikliklərin hələ də açıq qalmasıdır".

"Şübhəsiz ki, mən öz məruzəmə bəzi düzəlişlər edəcəyəm.Xüsusilə seçki komissiyalarının tərkibinə dəyişikliklər üzrə Venesiya Komissiyasının tövsiyələrinin nəzərə alınmaması faktını qeyd edəcəyəm"-deyə A.Herkel sonda bildirib.

Xəbər lenti

Xəbər lenti