Orduda fərarilik halları əhəmiyyətli dərəcədə azaldılıb. Bu barədə məlumat verən Hərbi Prkouror Xanlar Vəliyev Azərbaycan Respublikasının Milli Ordusunda baş verən cinayətlərin dəqiq rəqəmini söyləməsə də qeyd edib ki, 2005-ci ilin son 6 ayı ərzində keçən il qeydə alınmış cinayətlərin sayı 10,9% azalıb. "Xüsusilə təqdirəlayiq haldır ki, hərbi xidmət əleyhinə olan cinayətlər daha çox azalıb.
Yəni həmin müqayisədə keçən ilə nisbətən bu ilin 6 ayı ərzində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayı 24%-dən artıq azalıb. 2000-2002-ci illərə qədər Respublika Hərbi Prokurorluq orqanları tərəfindən aparılan istintaqların 95 faizi 1990-cı ilin əvvələrində törədilmiş fərarilik cinayətləri ilə bağlı idi.
Bu cinayət faktlarının rəqəmləri onlarla, yüzlərlə deyil, minlərlə ölçülürdü. Onu da qeyd etməliyəm ki, söylədiyim rəqəmlər yalnız qeydə alınmış fərarilik cinayətləri idi. Qeydə alınmamış fərarilik halları isə həmin rəqəmlərdən qat-qat artıq idi" - deyə X.Vəliyev söyləyib.
Hərbi Prkororun sözlərinə görə, ötən illə bu ilin 6 ayı arasındakı müqayisədə fərarilik cinayətləri 2,5 dəfədən artıq azalıb. X.Vəliyev: "Bu rəqəmlər onu deməyə imkan verir ki, yaxın zamanlarda ölkənin qoşun birləşmələrində fərarilik cinayətinin kökünün kəsilməsina nail olacağıq".