...

İLHAM ƏLİYEV NARKOTİK VASİTƏLƏR, PSİXOTROP MADDƏLƏR VƏ PREKURSORLARIN İSTİFADƏSİ HAQQINDA QANUNUN TƏTBİQİNƏ DAİR SƏRƏNCAM İMZALAYIB

Siyasət Materials 19 Avqust 2005 14:39 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 19-da "Qadağan edilmiş, məhdudlaşdırılmış narkotik vasitələr və psixotrop maddələr, həmçinin idxalı, ixracı, nəqli və istehsalı üçün Azərbaycanda xüsusi icazənin (lisenziya) tələb olunduğu prekursorların siyahısının təsdiq olunması haqqında" qanunun tətbiqinə dair sərəncam imzalayıb.

Trend in məlumatına görə, sərəncama əsasən, AR NK-ya bir ay müddətində respublikanın qanunvericilik bazasının həmin qanuna uyğunlaşdırılmasına dair təkliflər hazırlayaraq prezidentə təqdim etmək, hökumət və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktları bu qanuna uyğunlaşdırmaq, qanunvericilik aktının icrası ilə bağlı məsələləri həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti