...

"AZƏRBAYCAN NAMİNƏ ZİYALI HƏRƏKATI" YARADILIR

Siyasət Materials 19 Avqust 2005 14:52 (UTC +04:00)

Azərbaycan Naminə Ziyalı Hərəkatının Təşəbbüs Qrupu ölkə ziyalılarına müraciət qəbul edib. Trend in məlumatına görə, avqustun 19-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən toplantıda müraciət barədə açıqlama verilib.

17 ildən bəri xalqın ən ağrılı problemi olan torpaqlarımızın işğal altında qalması, ərazi bütövlüyümüzə təcavüz olunması beynəlxalq ictimaiyyətin də diqqətindədir.

Lakin bu problemi nə beynəlxalq təşkilatlar, nə supergüclər, nə də uzun-uzadı danışıqlar prosesi həll edəcək. "Qarabağın açarı nə Kremlin, nə Ağ Evin kabinetlərindədir.

Qarabağın nicat yolu yalnız azərbaycanlıların öz əlindədir və bu yol milli birlikdən, həmrəylikdən keçir. Ürəyində Qarabağ ağrısını daşıyan hər bir şəxsin, ziyalının siyasi mənsubiyyəti olmamalı, yalnız bir əqidə ətrafında birləşməlidir"-deyə müraciətdə vurğulanır.

Qarbağın işğaldan azad edilməsi yolunda ziyalıların üzərinə böyük məsuliyyət düşdüyü, onların milləti səfərbər etmək, ümidsizlikdən çıxarmaq və mübarizəyə hazırlıq istiqamətində işlər görməsinin vacibliyi vurğulanır.

Həmçinin yeni yaranan Ziyalı Hərəkatının şüarçılıqdan və pafosdan uzaq bir qurum olacağı, vətən və millət uğrunda real iş görən, fəaliyyət göstərən əsil hərəkata çevriləcəyi bildirilir. Sonda müraciətdə Azərbaycan ziyalıları heç bir seçim qarşısında qalmadan Qarabağ naminə düzgün qərar verib Azərbaycan Naminə Ziyalı Hərəkatına qoşulmağa çağırılır.

Xəbər lenti

Xəbər lenti