...

Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Lindeni qəbul edib

Siyasət Materials 22 Avqust 2005 20:50 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 22-də Prezident sarayında Avroap Şurası Parlament Assambleyasının sədri Rene Rene van der Lindeni qəbul edib.

Dövlətimizin başçısı Varşavada AŞPA sədri ilə keçirilən görüşü məmnünluqla xatırlayaraq görüşün qarşılıqlı maraq doğuran bir sıra məsələlərini müzakirə etmək üçün yaxşı imkan yarandığını qeyd edib.

Ölkəmizdə cəimmiyyətin daha da demokratikləşməsi istiqamətində böyük işlərin həyata keçirildiyini vurğulayan dövlət başçısı AŞPA sədrinin səfərinin Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olması işinə xidmət etdiyini ifadə edib.

Rene van der Linden Avropa Şurasının ölkəmizdə həyata keçirilən islahatlar prosesini dəstəklədiyini vurğulayıb. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün ən mühüm məsələ olduğunu qeyd edərək, münaqişənin dinc yolla nizamlanması istiqamətində addımların atılmasından məmnunluğunu bildirib.

Eyni zamanda səfəri zamanı Ermənistan tərəfi ilə bu məsələni müzakirə etdiy1ini bildirən AŞPA sədri münaqişənin tezliklə öz həllini tapacağına ümidvar olduğunu bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti