...

AZƏRBAYCANÇI QÜVVƏLƏR SEÇKİ BLOKU YENİ SİYASƏT SEÇKİ BLOKU İLƏ ƏMƏKDAŞLIĞA SENTYABRIN 7-DƏ QƏRAR VERƏCƏK

Siyasət Materials 6 Sentyabr 2005 15:11 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr (AQ) seçki bloku ilə Yeni Siyasət (YES) seçki bloku arasında əməkdaşlığa dair məsələ sentyabrın 7-də AQ seçki blokunun qərargahında baxılacaq" Bu barədə Trend agentliyinə müxalifətyönlü AQ seçki blokunun mərkəzi seçki qərargahının rəhbəri Rövşən Əhmədli məlumat verib.

Onun sözlərinə görə, iki blok arasında əməkdaşlıq məsələsi çoxdan gündəmdəydi. Sadəcə olaraq AQ seçki blokunun təsisçiləri imzatoplama kampaniyasını həyata keçirdiklərindən bu məsələni müzakirə etməyə vaxt qalmırdı: "İmzatoplama kampaniyası başa çatdığı üçün məsələyə sentyabrın 7-də baxılacaq"

R.Əhmədli onu da bildirib ki, əməkdaşlıqla bağlı ilk təşəbbüs heç bir blok tərəfindən olunmayıb. Əməkdaşlığa dair ilkin razılaşmalar şəxsi münasibətlər üzərində qurulub.

R.Əhmədli blokun təsisçilərinin sentyabrın 7-də keçirəcəkləri toplantıda YES-lə əməkdaşlığa dair müsbət qərar qəbul ediləcəyinə əmin olduğu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti