...

HACIAĞA NURİNİN ŞİKAYƏTİNƏ SENTYABRIN 26-DA ALİ MƏHKƏMƏDƏ BAXILACAQ

Siyasət Materials 23 Sentyabr 2005 20:04 (UTC +04:00)

İslam Partiyasının sədri Hacıağa Nurinin namizədliyinin bərpa olunması tələbi ilə Ali Məhkəməyə verilən kassasiya şikayətinə sentyabrın 26-da baxılacaq. Bu barədə Trend -ə "Azərbaycançı Qüvvələr" Seçki Blokundan məlumat verilib.

Qeyd edək ki, Hacıağa Nuriinin namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv olunandan sonra bu qərardan apellyasiya şikayəti verilmişdi. Apellyasiya Məhkəməsi şikayətçinin iddiasını təmin etmədi. Bundan sonra Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verildi. Sentyabrın 23-də həmin şikayətə baxılacaq məhkəmə iclasının vaxtı və hakimi təyin olunub.

Əvvəlki məhkəmə qərarının dəyişdirilməsi və H.Nurinin namizədliyinin bərpası tələb olunan şikayətə sentyabrın 26-da saat 11.00-da hakim Əli Rüstəmovun sədrliyi ilə baxılacaq. Hacıağa Nurinin hüquqlarını vəkil Çingiz Quliyev müdafiə edəcək.

Xəbər lenti

Xəbər lenti