...

FİNLANDİYA PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİNƏ HAZIRLIQ GEDİR

Siyasət Materials 26 Sentyabr 2005 13:30 (UTC +04:00)
FİNLANDİYA PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİNƏ HAZIRLIQ GEDİR

"Finlandiya prezidenti xanım Tarya Xalonenin sentyabrın 29-30-da Azərbaycana rəsmi səfərinə hazırlıq işləri gedir". Bu barədə Trend ə eksklüziv müsahibəsində Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Hazırda Xarici İşlər Nazirliyində səfər proqramı və yüksək səviyyədə aparılacaq ikitərəfli danışıqların gündəliyi razılaşdırılır. Həmçinin, səfər zamanı imzalanacaq sənədlərin siyahısı hazırlanır. Nazir müavinin sözlərinə görə, bütün əməkdaşlıq sahələrini əhatə edəcək sənədlərin layihələrinin son variantı 1-2 gündən sonra hazır olacaq. Səfər çərçivəsində biznes-forumun keçirilməsi də planlaşdırılır.

Səfər zamanı Finlandiya prezidentini həyat yoldaşı Pentti Aravyari müşayiət edəcək. Bakıda aparılacaq danışıqlar Cənubi Qafqaz ölkələrinə regional səfərin bir hissəsi olacaq. T.Xalonen səfərə sentyabrın 26-da İrəvandan başlayacaq və o, iki gün davam edəcək. Sentyabrın 28-29-da isə prezident Tiflisdə bir sıra görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti